“Bir Azərbaycanlı” çempion “Bellator MMA” ilə müqavilə imzalayıb

Rizin qran-prisinin qalibi Tofiq Musayev “Bellator MMA” ilə müqavilə imzalayıb. Allsport.az saytı xəbər verir ki, anlaşmaya əsasən, o, 4 döyüş keçirəcək.

2008-ci ildə ABŞ-da təsis olunmuş “Bellator MMA” dünyada nüfuzlu təşkilatlardandır. Həmyerlimiz indiyədək keçirdiyi 18 döyüşdən 14-ündən qələbə ilə ayrılıb.

İdmançımız bu günə qədər UFC, Rizin, Bellator kimi bir sıra təşkilatların döyüşçüləri ilə qarşılaşaraq, yüksək nailiyyətlər göstərib, dövlət bayrağını yüksəklərdə dalğalandırıb.

O, milli idman geyim brendi “İl’Azero”nun tərəfaşıdır. İtalyanca “Bir Azərbaycanlı” adlanan şirkətin rəhbəri yeganə azərbaycanlı beynəlxalq voleybol agenti İlqar İmamquliyevdir.

Нет описания.

Həmin kateqoriyadan