BMX növü üzrə dünya çempionatının açılışı olub

İyunun 5-də Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının açılışı olub.

Allsport.az saytı xəbər verir ki, tədbirdə yarışın təşkilat komitəsinin sədri Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Ağacan Abiyev və digər şəxslər iştirak ediblər.

Mərasimində dünya çempionatının iştirakçılarını salamlayan baş nazirin 1-ci müavini Yaqub Eyyubov ölkəmizin nüfuzlu yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini xatırladıb və numünə üçün bu yarışı da qeyd deyib. Çıxışdan sonra dövlət himni səsləndirilib.

 

Həmin kateqoriyadan