Azərbaycan səfəri öncəsi qəza! Bolidinin qırıntıları azarkeşə xəsarət yetirdi

Allsport.az saytı xəbər verir ki, Avstraliya qran prisində tamaşaçılarından biri “Haas” komandasının pilotu Kevin Maqnussenin bolidinin qırıntısı ilə əlini kəsib.

Qəza zamanı bolid hasara çırpıldıqdan sonra, qalıqları təhlükəsizlik çəpərindən keçərək camaatın içərisinə uçub və onlardan birinin əlinə xəsarət yetirib.

Formula-1 dünya çempionatının 4-cü mərhələsi 28-30 apreldə Azərbaycanda baş tutacaq. Sürücülər 6003- metrlik Bakı şəhər halqasında 51 dövrə vuracaqlar.

Həmin kateqoriyadan