Bu gün “Tour d’Azerbaïdjan-2016” başa çatır

Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2016” veloyürüşünün 5-ci mərhələsinə start verilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan paytaxtının Azadlıq meydanından start götürən bu mərhələdə iştirakçılar Bakı-Abşeron-Bakı marşrutu ilə 158 kilometr məsafə qət edəcəklər.

“Synergy Baku” 4-cü mərhələdən sonra komanda hesabında 2-ci yeri tutur. Paytaxt təmsilçisi yarışın lideri “Felbermayr – Simplon Wels” (Avstriya) klubuna 1 dəqiqə 21 saniyəlik fərqlə uduzur.

Həmin kateqoriyadan