Bu il çempion olmasa da, ən çox qazanan oldu

Formula-1 pilotlarının bu il əldə etdikləri qazanc müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, “Mersedes”in pilotu Lüis Həmilton digər həmkarlarındaa daha çox qazanc əldə edib.

7-qat dünya çempionu yola saldığımız mövsüm 40 milyon dollar qazanıb. 2-ci yerdə son 2 mövsümün çempionu Maks Ferstappen qərarlaşıb. “Red Bull”un niderlandlı sürücüsü 35 milyon dollar irəli düşüb. İlk üçlüyü 20 milyon dollarla “Alpin”in şərəfini qoruyan Fernando Alonso tamamlayıb.

20 pilot arasında ən az gəlir əldə edən isə “Alfa Tauri”dən Yuki Tsunodadır. O, ili 750 min dollarla başa vuracaq.

Həmin kateqoriyadan