- Baxış sayı: 69
- 17 Sentyabr 2026 14:26
- Baxış sayı: 82
- Sentyabr 24, 2026
- 0

Novak Cokoviç Rafael Nadalın rekordunu vurub.
Allsport.az xəbər verir ki, 37 yaşlı serbiyalı tennisçi buna Mayamidə keçirilən “Masters” turnirinin 1/16 finalında Uqo Karabellini məğlub etməklə nail olub.
1 saat 47 dəqiqə davam edən qarşılaşmada serbiyalı tennisçi qələbə qazanıb – 6:1, 7:6, 7:1.
Cokoviç “Masters”də 411-ci qələbəsini qazanmaqla Nadalı (410) ötüb.