- Baxış sayı: 86
- 05 Noyabr 2026 12:51
- Baxış sayı: 380
- Noyabr 09, 2026
- 0

Şose velosipedi üzrə U-23 yığmasının üzvü Əli Qurbanov Türkiyənin “Sakarya BB Pro Team” kontinental klubuna keçib. Allsport.az saytı xəbər verir ki, bununla bağlı qardaş ölkə təmsilçisinin sosial media hesabında “Komandaya xoş gəldin Əli Qurbanov” bağlığı altında paylaşım da edilib.
Artıq həmyerlimiz yeni komandasının heyətində debüt edib – velosipedçimiz bazar günü Alanya bölgəsində keçirilən 1.2 kateqoriyalı “Grand Prix Megasaray” yarışında mübarizə aparıb və 126 km məsafəni 2 saat, 46 dəqiqə, 4 saniyəyə başa vurub.
21 yaşlı idmançımız “Sakarya BB Pro Team” klubunda çıxış edən sayca 2-ci velosipedçimizdir – elit yığmamızın kapitanı Elçin Əsədov, artıq 2-ci mövsümdür ki Türkiyə təmsilçisinin heyətində mübarizə aparır.