DİN idman cəmiyyəti kikboks üzrə ölkə ölkə çempionatında 1-ci yer tutub

“Sərhədçi” olimpiya idman mərkəzində kikboks üzrə XXVI ölkə çempionatı sona yetib. Allsport.az saytı xəbər verir ki, kişilər və qadınlar arasında “Lou kik” və “Full kontakt” versiyaları üzrə 29 final baş tutub. “İdman” telekanalı vasitəsilə canlı yayımlanan 12 seçilmiş finaldan ibarət Qala gecə möhtəşəm və gərgin keçən döyüşlərlə zəngin olub.
Beləliklə, Azərbaycan çempionları 9-18 avqustda Konya-2021 İslam həmrəylik oyunlarında ölkəmizi təmsil etmək hüququna yiyələniblər.

Kişilər (lou kik)
-51 kq. Nihad Tağızadə (“Qızıl Əlcək”)
-54 kq. Mahmud Hüseynov (DİN İC)
-57 kq. Anar Məmmədov (“ZV Fight Academy”)
-60 kq. Qiyas Şahmərdanov (“ZV Fight Academy”)
-63,5 kq. Arzuman Qədimov (Naxçıvan)
-67 kq. Qəşəm Məmmədov (“Sərhədçi”)
-71 kq. Rəhim Əliyev (“Qızıl Əlcək”)
-75 kq. Ramal Aslanov (DİN İC)
-81 kq. Elcan Alkişiyev (“Sərhədçi”)
-86 kq. Bəybala Quliyev (“Firdovs”)
-91 kq. Orxan Məlikov (Naxçıvan)
+91 kq. Bəhram Rəcəbzadə (“Altın Qurd”)

Full kontakt
-51 kq. Amil Məmmədov (DİN İC)
-54 kq. Camal Məmmədov (DİN İC)
-57 kq. Məhəmməd İmanov (DİN İC)
-60 kq. Ramiz Məmmədov (“Neftçi”)
-63.5 kq. Fərid Ağamoğlanov (“ZV Fight Academy”)
-67 kq. Pərvin Heydərov (“Qızıl Əlcək”)
-71 kq. Elxan Əliyev (“Olimpiya” Samux)
-75 kq. Saqi Salehli (DİN İC)
-81 kq. Alim Nəbiyev (“Zabit Səmədov” döyüş klubu)
-86 kq. Elvin Ağayev (H.H 88)
-91 kq. Sürət Qarayev (DİN İC)
+91 kq. Səid Kazımov (“Zabit Səmədov” döyüş klubu)

Qızlar (lou kik)
-48 kq. Fatma Rəcəbzadə (“Altın Qurd”)
-52 kq. Fəridə Abdullayeva (“Kobra”)
-56 kq. Aysu Devrişova (H.H 88)
-60 kq. Tulin Ələkbərova (DİN İC)
-65 kq. Esmira Mehdiyeva (“Zabit Səmədov” döyüş klubu)

Komanda hesabında 8 qızıl medal qazanan DİN idman cəmiyyəti 1-ci yeri tutub. Bu komandanın baş məşqçisi Hikmət Hacıyevə kubok verilib. Rəhim Allahverdiyevin baş məşqçisi olduğu “Qızıl əlcək” klubu 2-ci, Eduard Məmmədovun baş məşqçisi olduğu ZV döyüş akademiyası 3-cü olub.

Həmin kateqoriyadan