“Dopinq vasitələrin gömrükdən qanunsuz keçirilməsinin qarşısının alınması” mövzusunda təlim

Dekabrın 17-də AMADA Ümümdünya gömrük təşkilatının Bakı şəhərində potensialın gücləndirilməsi üzrə Avropa regional ofisində dopinq vasitələrinin Azərbaycan gömrük sərhədindən qanunsuz keçirilməsi hallarının qarşısının alınması” mövzusunda təlim keçirib.

Allsport.az saytı xəbər verir ki, milli antidopinq agentliyinin direktoru Şəfəq Hüseynli, AMADA-nın yarandığı qısa müddət ərzində ölkə idmanının müdafiəsi sahəsində gördüyü işlər barədə geniş məlumat verib. Çıxışı zamanı o, AMADA-nın idmanda dopinqə qarşı mübarizə məqsədi ilə yaradıldığından bəhs edib və bu istiqamətdə aidiyyəti təşkilatlarla əməkdaşlıq əlaqələrinin əhəmiyyətini qeyd edib.

Sonra AMADA ekspertlərinin keçirdiyi təlim başlayıb və təlim müddətində antidopinq sahəsində ümumi məlumat, qadağan edilmiş maddələr, beynəlxalq təcrübədən misallar və digər mövzulara toxunulub, iştirakçıların sualları cavablandırılıb.

Həmin kateqoriyadan