Sabah paytaxtda dünya çempionatı başlayır, heyət də məlumdur

Sabah Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürəcək. Allsport.az saytı xəbər verir ki, Veloparkda keçiriləcək mötəbər yarışda 43 ölkədən 1500-dən artıq qoşaçarxçı mübarizə aparacaq. Proqrama əsasən iyunun 5-i, saat 09:30-da çempionatın rəsmi açılış mərasimi başlayacaq. Sonra “Challenge” kateqoriyasında yarışan kiçik yaşlı yeniyetmələrin mübarizəsinə start veriləcək.

Dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunacaq. “Challenge” kateqoriyasında yarışacaq velosipedçilərimizdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə iyunun 6-da qoşulacaqlar. İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.

Həmin kateqoriyadan