Dünya kuboku 10-cu dəfə Bakıda

Aprelin 21-23-də Bakıda bədii gimnastika üzrə dünya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 44 ölkədən idmançıların fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacağı gözlənilir.

3 gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar. Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.

Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq 10-cu dünya kuboku yarışı olacaq. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Həmin kateqoriyadan