Dünya şöhrətli UFC və MMA döyüşçüsü “Judo-2012”də məşğələ keçəcək

Əfsanəvi braziliyalı döyüşçü, adı UFC-nin (“Ultimate Fighting Championship”) “Şöhrət” zalına daxil edilmiş ciu-citsu ustası Roys Qreysi Bakıya gəlir. Allsport.az saytı xəbər verir ki, “Qodzilla” qrupun və Azərbaycan ciu-citsu federasiyasının təşkilatçılığı ilə ölkəmizdə səfərdə olacaq beşqat UFC çempionu paytaxtın ən müasir idman klublarından biri olan “Judo-2012”də seminar keçəcək.

Dünya şöhrətli UFC və MMA döyüşçüsü seminarda ciu-citsu döyüş sənətinin nəzəriyyəsindən danışacaq və idmançılara müxtəlif döyüş fəndlərinin icrasını göstərəcək. Məşğələ iyulun 20-də saat 17:00-da “Judo Club 2012”nin idman zalında təşkil olunacaq.

Tədbirdə tanınmış idmançılarla yanaşı, ölkəmizin döyüş növləri üzrə federasiyalarının rəhbərlərinin də iştirakı gözlənilir. Məlumat üçün qeyd edək ki, dünya şöhrətli UFC və MMA əfsanəsi, Oktaqonun yaradıcısı, məğlubedilməz braziliyalı ciu-citsu ustası Roys Qreysi bu idman növünün dünyada tanınmasının əsas səbəbkarıdır.

Həmin kateqoriyadan