Dünyanın ən çox gəlir əldə edən qadın idmançısı

Yaponiyalı tennisçi Naomi Osaka ötən il 37,4 milyon dollar qazanc əldə edib. Allsport.az “Forbes”ə istinadla xəbər verir ki, 22 yaşlı tennisçi ən çox qazanan qadın idmançıdır.

O, 4 il ardıcıl 1-ci olan amerikalı tennisçi Serena Uilyamsı 1,4 milyon dollar qabaqlayıb.

Osaka US Open-2018 finalında Uilyamsı məğlub etmişdi.

Həmin kateqoriyadan