Elçin Əsədov Mərakeşdə 2-ci oldu, 30 reytinq xalı qazandı

Şose velosipedi üzrə yığma komandamızın lideri Elçin Əsədov Mərakeşdə mötəbər birgünlük yarışda uğurlu çıxış edib. Allsport.az saytı xəbər verir ki, 1.2 kateqoriyalı “Challenge du Prince – Trophée de l’Anniversaire” turunda 146 km məsafəni 2-ci yerdə başa vuran qoşaçarxçımız bununla da ölkəmizin reytinqinə Tokio-2020 oyunları üçün 30 reytinq xalı qazandırıb.

Qeyd edək ki, Elçin 2 gün əvvəl Mərakeşdə təşkil edilən digər birgünlük “Challenge du Prince – Trophée Princier” turunda 9-cu olmaqla daha 3 lisenziya xalı əldə etmişdi.

Mərakeşə Elçin Əsədovdan başqa U23 yığmamızın üzvləri Mikayıl Səfərli ilə Mahmud Məmmədov da yollanıb və onların əsas vəzifəsi millimizin liderinin uğurlu çıxışına yardım etməkdir.

Komandamız iyulun 25-də sonuncu birgünlük yarış – “Challenge du Prince – Trophée de la Maison Royale” turunda iştirak etdikdən sonra Vətənə qayıdacaq.

Həmin kateqoriyadan