Elçin Əsədov təsnifat öncülü üçün nəzərdə tutulan “sarı köynəyi” özündə saxlayıb

Elçin Əsədov təsnifat öncülü üçün nəzərdə tutulan “sarı köynəyi” özündə saxlayıb

Malayziyada 2.1 kateqoriyalı “Tour of Peninsular” davam edir. Allsport.az saytı xəbər verir ki, Tokio-2020 oyunlarına lisenziya xalları verən veloturda 2-ci mərhələ arxada qalıb.

İlk yarış günündə finiş xəttini 1-ci keçən Elçin Əsədov 157 km-lik 2-ci mərhələni 3 saat 30 dəqiqə 43 saniyə göstərici ilə lider qrupda tamamlayıb.

Bu isə velosipedçimizə ən yaxın izləyicisini 4 saniyə qabaqlamaqla ümumi təsnifatın lideri üçün nəzərdə tutulan “sarı köynəyi” özündə saxlamağa imkan verib.

2-ci mərhələni ümumi qrupla başa vuran yığma komandamızın digər üzvü Samir Cəbrayılov isə Elçindən 32 saniyə geri qalmaqla təsnifatda 12-cidir.

Həmin kateqoriyadan