Elçin Əsədov Tokio olimpiadasına daha 5 xal qazanıb

Ukraynanın Çabanı şəhərində 1.2 kateqoriyalı 1-günlük “Sülh uğrunda Horizon Park” veloturu keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycanın əsas yığmasının və Ukraynanın “Lvov” kontinental klubunun üzvü Elçin Əsədov da iştirak edib. 

O, 145 km məsafəni 3 saat 38 dəqiqəyə qət edərək finiş xəttini 7-ci keçib və bununla da ölkəmizin reytinqinə Tokio-2020 oyunları üçün daha 5 lisenziya xalı qazandırıb.

Yeri gəlmişkən, Elçin həm də şərəfini qoruduğu “Lvov” komandasının yarışda iştirak edən üzvləri içərisində ən yüksək nəticə göstərib.

Həmin kateqoriyadan