- Baxış sayı: 93
- 12 İyun 2026 15:59
- Baxış sayı: 149
- İyun 23, 2026
- 0

Velosiped idmanı federasiyasının baş katibi Fərhad Əliyev Özbəkistanda səfərdədir. Allsport.az saytı xəbər verir ki, o, Beynəlxalq Velosipedçilər İttifaqının Yaxın Şərq və Asiya ölkələri üzrə texniki nümayəndəsi kimi gələn ilin aprelində burada keçiriləcək şosse velosipedi üzrə Asiya çempionatına hazırlıq işləri ilə tanış olmaq və yarışın keçirilməsinə dəstək verməkdir.
Özbəkistan baş nazirinin müavini, bu dövlətin velosiped federasiyasının prezidenti Tənzilə Narbayeva (Tanzila Narbaeva) və Asiya Velosiped Konfederasiyasının prezidenti Osama Əlşafarla görüş zamanı Asiya çempionatına hazırlıq işləri müzakirə edilib. Görüşdən sonra Özbəkistan velosiped federasiyası adından UCI nümayəndə heyətinə rəsmi ziyafət verilib.