Fərid Qayıbov: “Millimiz İrəvanda qaldıqları oteldən çıxa bilmir”

Allsport.az xəbər verir ki, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov dünən baş verən erməni vandallığı ilə bağlı paylaşım edib.

Nazir belə deyib: “Ermənistanın İrəvan şəhərində 2023-cü ildə keçiriləcək ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı vəhşilik törədilib, Azərbaycan bayrağı yandırılıb.

Bu, qəbuledilməzdir və Ermənistanın belə tədbirlərə ev sahibliyi etməyə hazır olmadığını göstərir.

Onlar idmançılarımızın təhlükəsizliyinə təminat verə bilmədiyindən Azərbaycan nümayəndə heyəti yarışa qatılmayacaq və vətənə dönəcək.

Ermənistan idmançılarımızın təhlükəsiz qayıtmasını təmin etməlidir, lakin indi onlar mehmanxanadan çıxa bilmirlər.

Beynəlxalq ictimaiyyət və beynəlxalq idman qurumları bu vəhşiliyi kəskin şəkilə tənqid etməlidir.

Biz, Avropa ağır atletika federasiyasını Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırırıq.

Hesab edirik ki, bu hadisə Ermənistanın beynəlxalq idman yarışları keçirmək və idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir”.

Həmin kateqoriyadan