FİA pilotları cəzalandırmayacaq

Beynəlxalq avtomobil federasiyası çempionatda mübarizə aparan pilotlara cəza tətbiq etməyəcək. Allsport.az saytı xəbər verir ki, Avstraliyada keçirilən mərhələdə FİA nın yarış direktoru Nils Vittiç, təcrübəli pilotların müəyyən qayda pozuntularına görə 5-10 saniyəlik cəzadan qzad olmasına münasibət bildirib. Söhbət yarışı start düzülüşündə yalnış mövqiyüdən başlamağdan, trasın sərhədlərinin mütəmadi olaraq pozulmasından və qadağan olunan zolağları keçməkdən ibarətdir.

Bu qaydalar 40 yaşdan yuxarı pilotlara güzəşt olunacaq. Federasiya bunu orta yaşlı pilotların reaksiya və görmə qabiliyyətinin gənclərdə olduğu kimi operativ olmaması ilə əlaqələndirib. Əgər bu yenilik Səudiyyə Ərəbistanında 2 həftə əvvəl qəbul edilsəydi, o zaman “Aston Martin”dən Fernando Alonsonun start düzülüşündə səhv mövqe tutduğuna görə 5 saniyəlik cərimədən yayınması ilə nəticələnərdi.

“Mersedes” bu qərara qarşı çıxaraq, yaş həddini 38 yaşa endirməkdə israr ediblər. “Ferrari” isə öz növbəsində, belə cərimələr ilə qarşılaşan hallarda pilotların bolidlərinə xüsusi işarəli lövhə yapışdırılmalarını tələb edib.

Həmin kateqoriyadan