““Ford” şirkətlər qrupu inanılmaz irsə malik qlobal markadır”

Allsport.az saytı xəbər verir ki, “Ford” şirkətlər qrupu Formula-1-ə qayıtmaq niyyətindədir. Çempionatın prezidenti və icracı direktoru Stefano Domenikali bu barədə açıqlama verib: ””Ford” kimi komandadın 2026-ci ildən mübarizə qayıtması idman üçün mühüm hadisədir. Bundan öncə yarışlarda çıxış edən kollektivlərin geri qayıtması sevindirici haldır.

“Ford” şirkətlər qrupu inanılmaz irsə malik qlobal markadır. Bizim çempionatımız dünya platformasında yarım miıyardan çox azarkeş kütləsinə malikdir. 2030-cu ilə qədər yarış avtomobillərinin Sıfır Karbon formalaşması 2026-ci ildən yeni komandaların cəlb olunmasın ən səbəblərindən biridir”.

Həmin kateqoriyadan