- Baxış sayı: 64
- 15 İyun 2026 10:57
- Baxış sayı: 28
- İyun 19, 2026
- 0

“Formula-1 Azərbaycan qran-prisi yarışları ilə bağlı bu il yeni sifarişlər edilməyib. Ölkəmizin bu yarışları keçirməsi üçün bütün lazımi avadanlıqlar var. Şəhərdə ötən ildən bir sıra tikililər öz yerində qalıb. 4-cü İslam Həmrəyliyi oyunları mayın 22-də başa çatacaq. Təxminən ondan bir ay sonra isə formula-1 başlayır”. Allsport.az saytı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.
O bu il Azərbaycan qran-prisisinin daha maraqlı keçəcəyini bildirib. Ona görə ki, bütün pilotlar artıq trasla tanışdırlar, yolları bilirlər. Onların ötənilki Qran-pridən sonra söylədikləri fikirlər Bakıya daha çox diqqətin yönəlməsinə səbəb olub. Bu il Bakıya daha çox qonağın gələcəyini və yarışları izləyəcəyini gözləyirik.