Bu gün Formula-1 ilə əlaqədar paytaxtın bağlanmış küçələrinin əksəriyyəti açılıb

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətin diqqətinə çatdırır ki, Bakıda ilk dəfə keçirilən Formula-1 Avropa Qran-prisi ilə əlaqədar bağlanmış küçələrin böyük əksəriyyəti iyunun 21-də səhər saatlarından etibarən nəqliyyatın hərəkəti üçün birdəfəlik açılacaq. Allsport.az saytının məlunatına görə, yarışla əlaqədar Hökumət evinin ətrafında müvəqqəti olaraq, quraşdırılmış tikililərin sökülməsi ilə bağlı Azadlıq meydanı ətrafında olan prospekt və küçələrdə isə nəqliyyatın hərəkəti üçün tətbiq olunan qadağa iyunun 22-dək qüvvədə qalacaq.

Bağlı qalacaq yollara aşağıdakılar daxildir:

– Neftçilər prospektinin Rəşib Behbudov küçəsi ilə kəsişməsindən Aleksandr Puşkin küçəsi ilə kəsişməsinədək;
– Aleksandr Puşkin küçəsinin Neftçilər prospekti ilə kəsişməsindən Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsinədək;
– Üzeyir Hacıbəyov küçəsinin Aleksandr Puşkin küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək;
– Azadlıq prospektinin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsindən Zərifə Əliyeva küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti paytaxt sakinlərinin yarış ərəfəsində göstərdiyi anlayışa və dəstəyə görə dərin minnətdarlığını bildirir. Şirkət Avropa Qran-prisi ilə əlaqədar trek ətrafında müvəqqəti quraşdırılmış bütün obyektlərin və baryerlərin tezliklə sökülərək şəhərin əvvəlki görkəminin bərpa olunacağını diqqətə çatdırır.

 

Həmin kateqoriyadan