“Fransa komandasında çıxış etməkdən qürur duyuram”

Allsport.az saytı xəbər verir ki, Fransalı pilot Pyer Qasli qarşıdan gələn mövsümdə “Alpin” kollektivində çıxış edəcək. O bu haqda fikirlərini belə bölüşüb:

”Fransa komandasında çıxış etməkdən qürur duyuram. Bu xüsusi bir hissdir. “Alpin” nin bazası mənim doğma şəhərimin yaxınlığında yerləşir. Uşaqlıqdan komanda ilə tanışam. “Alpin” və “Renault” ilə bərabər həmişə müəyyən bağlılığım olub, indi birlikdə çalışmağın vaxtıdır. “Alfa Tauri” komandası İtalita mədəniyyətinə malikdir.

“Alpin”də isə biz fransız və ingilis dillərində ünsiyyət qururuq. Komandanın məni qarşılamasından, birlikdə gördüyümüz işdən çox razıyam. Özümü artıq evimdəki kimi hiss edirəm. Biz bütün diqqətimizi qarşıdan gələn mövsümə yönləndirmişik. Əldə edəcəyimiz nəticələri səbirsizliklə gözləyirik”.

Həmin kateqoriyadan