“Gələcəkdə inkişaf etmək üçün görüləcək işlərimiz var”

Allsport.az saytı xəbər verir ki, “Alpin” komandasının pilotu yeni mövsümə tam sürətlə hazırlaşdıqlarını deyib. Esteban Okon, gələcəkdə inkişaf etmək üçün görüləcək işlərin də olduğunu etiraf edib:

“Yaxşıkı A523-modelini 3-gün ərzində Bəhreyndə sınaqdan keçirdik. Bu müddət ərzində plana uyğun mövsümə hazırlaşmağımız çox effekli oldu. Bir sıra sahələri əhatə etməklə, yaxşı iş gördük. Komanda hansı kombinasiyaların işlədiyini görmək üçün müxtəlif parametrləri, şin komplektlərini sınaqdan keçirib.

Gələcəkdə inkişaf etmək üçün görüləcək işlərimiz var. Yaxın bir neçə gün ərzində komanda toplanmış məlumatları incələyərək, mövsümün ilk yarış həftəsonuna mümkün qədər yaxşı hazırlaşmaq üçün hazırlıqlar görəcək ”.

Həmin kateqoriyadan