Gəncədə veloyürüş

“Regional inkişaf” ictimai birliyi, Gəncə şəhər icra hakimiyyəti, velosiped idmanı federasiyası və “Gəncə – 2019-cu ilin Avropa idman şəhəri” layihəsinin birgə təşkilatçılığı ilə veloyürüş keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirin əsas məqsədi sağlam həyat tərzinin təbliği, regionlarda velosiped idmanının təşviqi olub.

Veloyürüş Gəncə şəhəri dəmiryol vağzalının qarşısından start götürüb və Gəncə şəhər İcra Hakimiyyətinin önünədək davam edib. Təbdirdə 1000-dən artıq həvəskar və peşəkar velosipedçi iştirak edib.

Finişdə Gəncə şəhərində aztəminatlı ailələrdən olan şagirdlərə velosiped hədiyyə olunub. Qeyd edək ki, veloyürüş layihəsi çərçivəsində ümumilikdə aztəminatlı ailələrdən olan 100 uşağa velosiped hədiyyə edilib.

Xatırladaq ki, Gəncə eyni zamanda 2019-cu ilin Avropa idman şəhəri elan edilib. Bu titulu MDB ölkələri arasında ilk dəfə Gəncə şəhəri qazanıb.

Həmin kateqoriyadan