- Baxış sayı: 23
- 07 May 2026 23:23
- Baxış sayı: 157
- May 08, 2026
- 0

Türkiyənin Kastamonu şəhərində 15 iyul – Demokratiya və Milli Birlik Günü münasibətilə beynəlxalq turnir velosipedçilərimizin uğurlu çıxışı ilə yadda qalıb. Allsport.az saytı xəbər verir ki, yarışın gənclər kateqoriyasında fəxri kürsün ilk 3 pilləsində Azərbaycan idmançıları qərarlaşıblar
Məşqçi Asif Həsənovun rəhbərliyi ilə qardaş ölkədə Xankişi İsgəndərov, Mahmud Məmmədov, İvan Orlov və Əli Qurbanov çıxış ediblər. 100 km-lik marşrutu hamıdan tez Mahmud Məmmədov qət edərək finiş xəttini 1-ci keçib.
Millinin digər üzvləri İvan Orlov və Xankişi İsgəndərov isə müvafiq olaraq 2-3-cü yerləri tutublar. Əli Qurbanov 5-ci nəticə göstərib. Yığmamız komanda hesabında da 1-ci olub.