- Baxış sayı: 93
- 12 İyun 2026 15:59
- Baxış sayı: 202
- İyun 23, 2026
- 0

Ölkəmizin şosse velosipedi üzrə gənc oğlanlardan ibarət yığması İranda “Kerman turu”na uğurla başlayıb. Allsport.az saytı xəbər verir ki, heyəti Nəcəf Bağırov, Şahin Eyvazov, Əmral Əbdüləzizli, Əhməd Əhmədov və Elçin Rzazadədən ibarət millimiz 1-ci mərhələdə komanda ötüşməsində yarışıb.
44 km məsafəni 57 dəqiqə, 18 saniyəyə başa vuran velosipedçilərimiz bu göstərici ilə 2-ci olublar. Qeyd edək ki, 4 günlük yarışda İran, İraq, Oman, İordaniya, Pakistan, Azərbaycan və Əfqanıstandan olan 13 komanda çıxış edir.
Növbəti 3 gün ərzində iştirakçılar müvafiq olaraq 98, 58 və 114 km məsafələrə qrup ötüşməsində mübarizə aparacaqlar.