“Gözləmədiyimiz nəticə ilə qarşılaşdıq”

Allsport.az saytı xəbər verir ki, Bəhreyndə keçirilən testlərdən və yarışdan sonra “Mersedes” artıq V14-ə keçən ilki modeldən qalan “sıfır pontonlar” konsepsiyasının hələ də kifayət qədər effektiv olmadığını nümayiş etdi. Komanda şassiləri yenidən düzəltməli ola biləcəyi barədə düşünür. Toto Volff bu haqda fikirlərini belə bölüşüb:

”Komandamızın yaxşı keyfiyyətlərindən biri, biz bir-birimizə dürüst olmağımızdır. Maşının daha sürətli olacağına ümüd edirdik. Gözləmədiyimiz nəticə ilə qarşılaşdıq. Ona görə də ciddi tədbirlər görməliyik. Lüis Həmiltonla müqaviləni uzatmaq istəyiriksə, ona yarışda mübarizəyə davamlı bolid lazımdır.

Biz planlarımıza narahatçılıq yarada biləcək bütün maneələri aradan qaldırmalıyıq. İstənilən halda lider mövqelərə geri qayıtmaq niyyətindəyik”.

Həmin kateqoriyadan