- Baxış sayı: 44
- 03 Avqust 2026 23:44
- Baxış sayı: 74
- Avqust 04, 2026
- 0

Krakov-2023 Avropa oyunlarında sürətli şahmatda Günay Məmmədzadə gümüş medal qazandı. Komanda hesabında o, boynuna bürünc medal da asdı. İstedadlı qrossmeysterimiz allsport.az saytının Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında çıxışını belə dəyərləndirdi:
“İlk dəfə idi ki, Avropa oyunlarında bu növdə yarış keçirilirdi. Maraqlı oldu. Startda uğurlu başlamadım. Uyğunlaşmada çətinlik çəkdim. ABŞ-da yarışdan yeni qayıtmışam. Sonradan açıldım, formaya düşdüm. Son oyunda yaxşı imkanım vardı. Təəssüf ki, dəyərləndirə bilmədim. Nə etmək olar? Gələn yarışda bunun əvəzini verərəm.
Rəqiblər də yaxşı oynadılar. Mərhələ keçən hər komanda medal qazandı. Normal nəticəmiz oldu”.