Həkimlər üçün antidopinq maarifləndirmə seminarı

AMADA-nın təhsil şöbəsinin əməkdaşları idman sahəsində fəaliyyət göstərən həkim heyəti üçün antidopinq üzrə maarifləndirici seminar keçirib. Allsport.az saytı xəbər verir ki, onlara qayda pozuntuları, qadağan edilmiş siyahı, terapevtik istifadə üçün istisnalar haqqında ətraflı məlumatlar paylaşılıb.

Təqdimat zamanı, özəlliklə, 2022-ci ilin yanvarın 1-dən etibarən qüvvəyə minəcək dəyişikliklər və ümumilikdə siyahıdan istifadə haqqında ətraflı məlumat verilib. AMADA-çılar qadağan edilmiş Siyahının neçə hissədən ibarət olduğu, Siyahıda yarış müddətində, yarışdan kənar müddətdə və spesifik idman növlərində qadağan edilmiş maddələrin təsnifatını açıqlayan təqdimatla çıxış ediblər.

Bundan əlavə, həkimlərin dərman vasitəsinin tərkibindəki maddəni qadağan edilmiş siyahıda necə yoxlaya biləcəyi nümunələrlə ətraflı izah edilib. Sonra həkimləri maraqlandıran digər suallar cavablandırılıb.

Həmin kateqoriyadan