Həndbol hakimləri beynəlxalq oyunlarda

Həndbol həvəskarlarının diqqəti bu günlərdə Avropa həndbol federasiyasının kuboku uğrunda oyunlardadır.

Allsport.az xəbər verir ki, Azərbaycan həndbol federasiyasından “Azərtac”a bildiriblər ki, kişi həndbolçuların Avropa kuboku yarışında maraqlı görüşlərdən biri Türkiyənin “Beykos” və Rusiyanın “Krasnodar” komandaları arasında olub. Türkiyədə keçirilən ilk oyunda qonaqlar 1 xal fərqi ilə qalib gəliblər: 30-29. Rəqiblərin cavab matçı oktyabrın 23-də Rusiyada olacaq. Krasnodarda keçiriləcək görüşü Azərbaycan hakimləri idarə edəcəklər. Bu qarşılaşmada ədaləti təmsil etmək Ernest və Emil Ağakişi qardaşlarına həvalə olunub.

Referilərimiz oktyabrın 24-də daha bir qitəmiqyaslı qarşılaşmanı idarə edəcəklər. Qadın həndbolçuların Avropa Liqası turnirinin 2-ci mərhələsinin “Kuban” – “Sola” görüşündə də söz sahibi Emil və Ernest Ağakişi qardaşları olacaqlar. İlk oyun Norveç klubunun 37-33 hesablı qələbəsi ilə nəticələnib. Təcrübəli referilər beynəlxalq federasiyanın göstərdiyi növbəti etimadı da layiqincə doğrultmaq əzmindədirlər.

Həmin kateqoriyadan