Heydər Əliyev adına idman kompleksinin fəaliyyəti ilə tanış oldular

Gənclər və idman naziri Fərid Qayıbov, yanvarın 6-da Heydər Əliyev adına idman konsert kompleksinin fəaliyyəti ilə tanış olub. Allsport.az saytı xəbər verir ki, burada yaradılmış şəraitlə maraqlanıb, fitnes zalına baxış keçirib.

Kompleksdə “Zabit Səmədov” döyüş klubunda məşqləri izləyən nazir idmançılar və məşqçilərlə görüşüb, hazırlıq prosesləri ilə maraqlanıb, fikir mübadiləsi aparıb. Zabit Səmədov rəhbərlik etdiyi klubun fəaliyyəti barədə məlumat verib. Fərid Qayıbov idmançıların beynəlxalq yarışlara hazırlığı ilə maraqlanıb və MMA klublarımızın birgə fəaliyyətinə dair tövsiyələ verib.

Görüşdə nazir müavini Mariana Vasileva, idman şöbəsinin müdiri Elnur Məmmədov və kadr hazırlığı sektorunun baş məsləhətçisi Ramil Cabbarov da iştirak ediblər.

Həmin kateqoriyadan