İdman qidasında aşkarlanan ostarin haqqında nəyi bilməli?

Geyner və ya protein kimi idman qidasının tərkibində ostarin kimi qadağan edilmiş maddə olur. Allsport.az saytı xəbər verir ki, tərkibində ostarin olan idman qidası ilə bağlı aşağıdakı hallara idmançıların diqqət etməsini tövsiyə edirik.

Ostarin maddəsinin idman qidasının tərkibində olduğu etiketində bu adla göstərilə bilər. İdmançı bilməlidir ki, ostarin Ümumdünya antidopinq agentliyinin qadağan edilmiş siyahısında yer alır.

Etiketin üzərində ostarin maddəsi bu adla deyil başqa adlarla da göstərilə bilər, məsələn, enobosarm, MK-2866 və GTx-024, Ostarine; S22 (SARM S-22), (2S)-3-(4-cyanophenoxy)-N-[4-cyano-3-(trifluoromethyl)phenyl]-2-hydroxy-2-methylpropanamide). Yaddan çıxarmayaq ki, ostarin maddəsi digər adlarla da ÜADA-nın qadağan edilmiş siyahısındadır.

Ostarin maddəsi idman qidasının istehsalı zamanı onun tərkibinə səhlənkarlıq və ya diqqətsizlik səbəbindən də düşə bilər. Ona görə də etiketin üzərində bu maddə nə öz adı, nə də digər adlarla qeyd edilməyə bilər. Digər halda istehsalçı qəsdən ostarin maddəsini #idmanqidası-nın tərkibinə əlavə edə bilər və onu heç bir formada etiketin üzərində göstərməyə bilər.

Belə ki, bəzi öz mənfəətini güdən istehsalçılar tərkibində qadağan edilmiş maddələr olan idman qidasını “təmiz” və ya “təsdiqlənmiş” kimi saxta adlarla satmağa çalışırlar.

Ona görə də idman qidası əldə edildiyi zaman yuxarıda qeyd edilən məqamlara xüsusilə diqqət edilməlidir. Unutmayaq ki, idmançının bədəninə daxil olan hər hansı qadağan edilmiş maddəyə görə idmançı özü şəxsən məsuliyyət daşıyır. Qadağan edilmiş maddənin idmançıdan alınan nümunədə aşkarlanması antidopinq qayda pozuntusudur və idmançının sanksiyaya məruz qalması ilə nəticələnir.

Həmin kateqoriyadan