İdmançılar məsləhətçi komissiyasının son toplantısı

AMADA-nın idmançılar məsləhətçi komissiyası ilin yekunlarına dair toplantı keçirib. Allsport.az saytı xəbər verir ki, yığıncaqda sədr İlham Zəkiyev, sədr müavini Hacı Əliyev, digər üzvlər Aynur Məmmədova, Nazim Babayev, Fuad Qurbanov, Kamran Şahsuvarlı, Rüstəm Orucov, Siyana Vasileva, Fəridə Əliyeva və Ruslan Abışov iştirak ediblər.

İştirakçılara ilin yekunları haqqında məlumat verən AMADA-nın direktoru Şəfəq Hüseynli, komissiya üzvlərinə təmiz idman dəyərlərinə göstərdikləri diqqətə görə təşəkkür edib. Sonra 2022-ci ilin komissiyanın fəaliyyəti və məqsədləri haqqında fikir mübadiləsi aparılıb.

Həmin kateqoriyadan