- Baxış sayı: 40
- 03 Avqust 2026 23:58
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə ciu-citsu üzrə növbəti dünya çempionatı keçirilib.
Allsport.az xəbər verir ki, mundialda ölkəmizi Tehran Seyidov, Elşən İbişov və Emil Qurbanov təmsil ediblər. Hər üç idmançımız finaladək irəliləməyi bacarıb. İbişov və Qurbanov finalda rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Seyidov isə finalda rəqibinə uduzaraq gümüş medalla kifayətlənib.