“İndi sükan arxasına əylib öyrəndiklərimi tətbiq etməyin vaxtıdır”

Allsport.az saytı xəbər verir ki, “Uilyams” komandasının yeni pilotu bu mövsüm debüt edəcək. 22-yaşlı amerikalı gənc komanda yoldaşı Aleks Albon ilə hazırlıqlarını davam edir. Həftəsonu hər 2 sürücü komandanın yeni FW45 bolidinin rəsmi təqdimatında iştirak edib. Təqdimat zamanı Loqan Sarcent ilk mövsümü haqqında fikrini bölüşüb:

”Çempionatda uğurlu çıxış etmək üçün əlimdən gələni əsirgəməyəcəm. Bizim trasdan kənar hazırlıqlarımız çox intensiv keçir. İndi sükan arxasına əylib öyrəndiklərimi tətbiq etməyin vaxtıdır. Bəhreyində keçiriləcək testlər öncəsi səbirsizlənirəm.

Keçən mövsüm sonu Əbu-Dabi testlərində özümü sınamağa şansım olub.Yarışların başlamasına yaxın gərginliyin artacağını düşünürəm. Lakin, mən tam fikrimi simulyator ilə keçirilən məşqlərə yönləndirmişəm. Ümüdvaram ki, sükan arxasında uğurlu çıxış etməyimə təsir edəcək”.

Dünən hər 2 sürücü komandanın FW45 şou bolidinin rəsmi təqdimatında iştirak edib. Komanda hələ yarış maşınının üzərində işləməyə davam edir. Bu səbəbdən, ilkin olaraq şou bolidin üzərində sponsor və çalarlar nümayiş olunub.

Həmin kateqoriyadan