- Baxış sayı: 70
- 22 Oktyabr 2026 22:58
- Baxış sayı: 614
- Oktyabr 21, 2026
- 0

Bəhreynin paytaxtı Manamada 160 milli federasiyanın iştirak etdiyi FİBA-nın konqresində basketbol ailəsi növbəti inkişaf mərhələlərini müzakirə edir. Allsport.az saytı xəbər verir ki, tədbirdə federasiya prezidenti Emin Əmrullayev və icraçı vitse-prezident Fərrux Mahmudov da iştirak edirlər.
Konqresdə FİBA-nın rəqəmsal inkişafı, qadın basketboluna dair prioritetlər, süni intellekt əsaslı həllər və yeni proqramlar təqdim olunur. Basketbolun qlobal inkişafında müzakirə olunan bu trendlər, gələcək üçün yeni imkanların qapısını açır.