İran turunun ilk günündə Elçin Əsədov 6-cı olub

Bu gün 2.1 kateqoriyalı İran turu start götürüb.

Allsport.az saytı xəbər verir ki, 5 mərhələdən ibarət veloturun 148 km-lik 1-ci günündə Bəhreynin “VIB Sports” qitələrarası klubunun heyətində çıxış edən Elçin Əsədov, Azərbaycan yığmasının heyətində mübarizə aparan Musa Mikayılzadə və Mahmud Məmmədov, həmçinin Belarusun “Minsk” kontinental komandasında yer alan Samir Cəbrayılov məsafəni mərhələ qalibi ilə eyni vaxtda – 3 saat, 15 dəqiqə, 17 saniyəyə başa vurublar.

Fotofinişə əsasən Elçin 6-cı, Musa 25-ci, Samir 38-ci, Mahmud isə 42-ci olub.

Həmin kateqoriyadan