İsayev “Bellator”da ölkəmizi təmsil edəcək

MMA döyüşçüsü Əli İsayev “Bellator”da bundan sonra Azərbaycanı təmsil edəcək. Allsport.az xəbər verir ki, 31 yaşlı idmançı bu barədə Rusiya mətbuatına açıqlama verib:

“Bu ölkə üçün yarışmışam, pasportum var idi. Başqa çarəm olmadığından gedib məsələni həll etdim. Onsuz da Rusiya pasportu ilə mənə heç bir halda viza verməyəcəkdilər”.

Əli İsayev daha əvvəl sərbəst güləşlə məşğul olub. O, 2019-cu ildə Azərbaycan millisinin heyətində 120 kq çəki dərəcəsində Avropa çempionu olub.

Əlinin “Bellator”da ilk rəqibi ABŞ təmsilçisi Stiv Mouri olacaq. İsayev bundan əvvəl keçirdiyi 9 döyüşün hamısında qalib gəlib.

Həmin kateqoriyadan