İsmayıllıdan sonra, Şamaxıda

Ölkəmizdə velosiped idmanının inkişaf etdirilməsi və coğrafiyasının genişləndirilməsi istiqamətində görülən işlər çərçivəsində AzVİF-in növbəti bölgə nümayəndəliyi açılıb. Allsport.az saytı xəbər verir ki, bundan sonra Şamaxıda velosiped idmanı fəaliyyət göstərəcək.

Olimpiya idman kompleksində yerləşən filialda yeniyetmə və gənclər peşəkar şəkildə idmanın bu növü ilə məşğul ola bilərlər. AzVİF-in prezidenti Mədət Quliyev tərəfindən Şamaxı filialına velosipedlər və ehtiyat hissələri də hədiyyə edilib.

Son 1 həftə ərzində açılan İsmayıllı və Şamaxı filialları ədliyyə nazirliyində dövlət qeydiyyatından keçərək rəsmi şəkildə fəaliyyətə başlayıb.

Həmin kateqoriyadan