Kamran Ağayev: San Marinoya qələbə üçün gəlmişik

Azərbaycan millisinin qapıçısı Kamran Ağayev DÇ-2018-in seçmə mərhələsi öncəsi fikirini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, San Marino ilə səfər oyunu barədə bunu söyləyib:

“Rəqibin kimliyindən asılı olmayaraq, biz ilk növbədə öz oyunumuz barədə düşünməliyik. Buraya qələbə üçün gəlmişik. Tək mən yox, bütövlükdə ölkəmiz bu oyundan ancaq qələbə gözləyir. Cütün favoritiyik.

Ona görə də məğlubiyyət haqda heç kim düşünmür. Robert Prosineçkinin tapşırdıqlarını meydanda həyata keçirməyə çalışacağıq. Rəqibi yaxşı analiz etmişik. Zədə səbəbindən uzun müddət idi oynamırdım. İndi özümü yaxşı hiss edirəm. Fikrimcə, hər şey yaxşı olacaq”.

Həmin kateqoriyadan