Kanadanın bu maliyyə şirkəti “Mersedes”in yeni tərəfdaşıdır

Allsport.az saytı xəbər verir ki, “Nuvei” kompaniyası “gümüşü oxlar”ın yeni sponsoru olub. Elektron odənişlər sahəsində ixtisaslaşmış şirkət, qarşı tərəflə uzun müddətli müqavilə imzalayıb.

Yeni sponsorun loqoları sürücülərin dəbilqəsində, geyimlərində və yeni yarış avtomobilində əks olunacaq. “Mersedes”in rəhbəri Toto Volf fikrini belə bölüşüb:

“Mövsüm öncəsi “Nuvei” uzun muddətli yeni tərəfdaşımız olaraq görməkdən çox məmnunuq. Şirkət öz sahəsində qlobal nüfuza malikdir. Onların innovasiya vasitəsilə mükəmməlləşməsi bizim prinsiplərimizlə eynidir. Uğurlu əməkdaşlığımızı səbirsizliklə gözləyirik”.

Həmin kateqoriyadan