Kapoeyra üzrə açıq Bakı kubokunda kimlər fərqləndi?

Bakı şəhər gənclər və idman baş idarəsi və Azərbaycan kapoeyra federasiyasının birgə təşkilatçılığı ilə texniki universitetin idman sarayında açıq paytaxt kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 100-dən çox idmançı mübarizə aparıb.

Yekun nəticələrə görə, oğlanlar arasında Əbəlfəz Eybala (4-6 yaş), Eldar Seyidli, Dəniz Əmir Məhəmməd, Fikrət Dadaşov (7-9 yaş), Səid Şahyarov, Nihad Baxışlı (10-12 yaş), Əli Tağızadə (13-15 yaş), Ayxan Hacıyev (+16 yaş) qızıl medal qazanıblar.

Qızların mübarizəsində isə Dəniz Osmanlı (7-9 yaş), Mehriban Hacıbabayeva (10-12 yaş), Leyla Rəhimli (+16yaş) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İlk 3 yeri tutan idmançılara baş idarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim edilib.

Həmin kateqoriyadan