Karateçilərimiz İranda yeddi medal qazanıblar

İranın Kərəc şəhərində ensin karate üzrə beynəlxalq turnir keçirilib. Allsport.az xəbər verir ki, turnirdə milli komandamız 7 medal qazanıb.

Millimizin heyətində Ehtiram Əliyev (60 kq), Elvin Məmmədov (75 kq), Elmin Əliyev (55 kq), Ələkbər Həmidli (40 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Digər karateçilərimiz Sahib Kazımlı (30 kq), Yusif Qurbanlı (30 kq) və Səbinə Sadıqova (55 kq) gümüş medallara sahib olublar.

Həmin kateqoriyadan