Kikboks üzrə möhtəşəm “Qarabağ zəfər gecəsi”

İyulun 2-də Bakıda kikboks üzrə möhtəşəm “Qarabağ zəfər gecəsi” keçiriləcək. Allsport.az saytı xəbər verir ki, “Sərhədçi” olimpiya-idman mərkəzində təşkilatçı “Loca” döyüş klubudur. Onun rəhbəri türkiyəli Kürşat Şahindir.

Yarışda 4-ü Azərbaycandan, 4-ü isə Türkiyədən olmaqla 8 idmançı dünya millisinə qarşı mübarizə aparacaq.

Bizdən Bəhram Rəcəbzadə, Nehir Rəcəbzadə, Qəşəm Məmmədov, Elşad Şahbazov, qardaş ölkədər Adəm Bozqurd, Zəhra Doğan, Qalib Çəlik və Əli Kəlat döyüş gecəsinin iştirakçısı olacaqlar.

Həmin kateqoriyadan