Kikboksçumuz çempionluq kəməri uğrunda iranlı ilə üz-üzə

Yanvarın 28-də İstanbulda kikboksinq millimizin üzvü Elxan Əliyev (75 kq) KOK (King of Kings) təşkilatının çempionluq kəməri uğrunda döyüşə çıxacaq. Allsport.az saytı xəbər verir ki, onun rəqibi iranlı Məsud Minae olacaq.

Döyüş kikboksinqin K-1 versiyası üzrə keçiriləcək. Bu münasibətlə AKF-in prezidenti Orxan Əliyev, bu gün idmançımız və yığma komandanın baş məşqçisi Elşən Abdulrəhimovla görüşüb, onlara qarşıdakı döyüşdə uğur arzu edib.

Возможно, это изображение (5 человек и люди стоят)

Həmin kateqoriyadan