Kikboksçumuz Rusiyada növbəti döyüşünə çıxacaq

Azərbaycan Kikboksinq Federasiyasının gənclər və yeniyetmələrdən ibarət yığma komandasının üzvü Ramiz Məmmədov növbəti döyüşünə çıxacaq.

Allsport.az xəbər verir ki, kikboksçumuz gənclər və yeniyetmələrdən ibarət millinin baş məşqçisi Ehram Məcidovun rəhbərliyi altında Permdə K-1 döyüşü üzrə çeçenistanlı Buvasxay Pasxayev ilə döyüşmək üçün Rusiyaya yola düşüb.

Döyüş noyabrın 13-də keçiriləcək. Xatırladaq ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Ramiz Məmmədov bu yaxınlarda Anapada keçirilən turnirdə Buvasxay Pasxayevi məğlub edib.

Həmin kateqoriyadan