Kiril Pozdnyakovun Belçika çempionluğu

Kiril Pozdnyakovun Belçika çempionluğu

Millinin və “Baku Cycling Project” kontinental komandasının üzvü Kiril Pozdnyakov Belçikada keçirilən nüfuzlu “Dentergem” turunun qalibi olub. Allsport.az saytı xəbər verir ki, 169,6 km-dən ibarət olan və 110 velosipedçinin iştirak etdiyi birgünlük yarış təmsilçimizin solo-finişi ilə yadda qalıb.

Bu ilin iyununda keçirilən Azərbaycan çempionatının qalibi olmuş sprinter çempion köynəyi ilə mübarizə apardığı ilk yarışda məsafəni 3 saat, 45 dəqiqə, 30 saniyəyə başa vurub və ən yaxın izləyicisini 11 saniyə qabaqlayıb.

Qeyd edək ki, 1954-cü ildən etibarən təşkil edilən “Dentergem” turu Belçikanın ən nüfuzlu yarışlarından sayılır və müxtəlif illərdə planetin ən güclü velosipedçiləri bu yarışın qalib və mükafatçısı olub.

Həmin kateqoriyadan