Komanda yoldaşı barədə nə deyib?

Allsport.az saytı xəbər verir ki, “Uilyams” kollektivinin debütant sürücüsü Loqan Sargent komanda yoldaşı ilə münasibəti haqqında danışıb. O fikini belə bölüşüb:

”Mənim tərəfdaşım Aleks Albonla yaxşı iş münasibətim var. Bildiyiniz kimi, bəzi pilotlar məlumat bölüşməyi sevmirlər, amma mənim bütün keçmiş komanda yoldaşlarımdan fərqli olaraq, Aleks ən səmimi eyni zamanda dürüst birisidir.

Onunla işləmək çox xoşdur. O, çox təcrübəli pilotdur. Həm də sürətli yarışçıdır. Kollektivdəki ab-havadan danışsaq, hamı məqsədyönlü olaraq birgə çalışır. Mən hiss edirəm ki, il yarım ərzində “Uilyams” ailəsinin üzvü olmuşam“.

Həmin kateqoriyadan