Ləndo Norris “Maklaren”də qalacaq. “Komandası onun üçün belə maşın təqdim edə bilmir”

Allsport.az saytı xəbər verir ki, britaniyalı gənc çempionatın perspektivli sürücülərindən hesab olunur. Buna baxmayaraq, komandanın bolidi onun imkanlarını nümayiş etməyə imkan vermir. 23 yaşlı Ləndo Norris artıq yarışlarda nəticə qazanmaq istədiyini gizlətmir. Hazırki müqaviləyə nəzər salsaq, istedadlı sürücü 2025-ci ilin sonunda gədər “Maklaren”də çıxış edəcək. Sabiq Formula-1 avto pilotu Censon Batton da onlarla əməkdaşlıq edib. O, öz novbəsində, Ləndonun belə uzunmüddətli əməkdaşlığı davam etməsinə təccüblənib:

”Mən Norrisın bu qərarına çox təccübləndim. Bizim idmanda nəticələri öncədən ehtimal etmək olmur. Mübarizə aparmaq üçün sürətli bolidin sükan arxasına əyləşməlisən. “Maklaren” Norris üçün belə maşın təqdim edə bilmir. Komandanın fəaliyyəti gənaətbəxş olsa da, Ləndo nailiyyətlər qazanacağı səviyyəyə gəlib çatıb. Bu məsələlər çempionatın vəziyyətindən asılıdır.

Ümüd varam ki, “Aston Martin”, ”Alpin” və “Maklaren” kimi komandalar mübarizəyə qoşula biləcəklər. Norris hələ gəncdir. Onun uzunmüddətli uğurlı çıxışlarına inanıram, çox sürətli pilotdur. İndi yeni həmkarı Oskar Piastri olacaq. O, da kifayət qədər istedadlıdır. Düşünürəm ki, indi müəyyən gərginlik yaşanacaq. Piastri debütant olduqundan, daha sürətli yarış avtomobilini idarə edəcək”.

Həmin kateqoriyadan